Çin lideri Si Szinpin qarşıdan gələn qlobal müharibənin anonsunu verdi
2022-09-21 16:25:00
Çin Xalq Respublikasının rəhbəri Si Szinpin çinli hərbçiləri diqqəti hərbi hərəkat hazırlıqlara cəmləməyə çağırıb. O bu barədə Pekində milli müdafiə və hərbi islahat barədə keçirilən konfransda çıxışında çağırış edib.
“İslahatların uğurlu təcrübəsini vicdanla yerinə yetirmək və tətbiq etmək, yeni vəziyyəti ələ almaq və tələblərini anlamaq, diqqəti müharibələrə hazırlaşmağa yönəltmək, həmçinin araşdırma və yeniliklər etmək cəsarətinə sahib olmaq lazımdır”, deyə "Sinxua" xəbər agentliyi Çin liderinin sözlərini sitat gətirir.
P.S. Görünür, qlobal müharibə yaxınlaşır və prosesi körükləmək üçün yerdə çoxlu alov nöqtələri yaradılır.
Ülviyyə, Hurriyyet.az