📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin ordusu havadan və dənizdən Tayvana yaxınlaşdı

2023-08-19 10:15:00

Çin ordusu havadan və dənizdən Tayvana yaxınlaşdı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çinin Xalq Azaqlıq Ordusunun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Tayvan adasının yaxınlığında kompleks təlimlər keçiblər.

Çinin Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Bu manevrlər Tayvanın qondarma müstəqilliyini dəstəkləyən, təxribat məqsədi ilə xarici qüvvələrlə sövdələşən separatçı qüvvələrə ciddi xəbərdarlıqdır”.

Xatırladaq ki, Tayvan administrasiyasının rəhbərinin müavini Lay Çinde ABŞ-ın San-Fransisko şəhərinə səfər etmiş, Çin XİN isə bu səfəri qətiyyətlə pisləmişdi.

1949-ci ildən bəri Tayvan adası öz administrasiyası tərəfindən idarə edilir. O zaman Çindəki vətəndaş müharibəsində məğlub olmuş Qomindan qüvvələrinin qalıqları Çan Kayşinin (1887-1975) rəhbərliyi altında adaya sığınmışdılar. O vaxtdan bəri Tayvan kommunistlər hakimiyyətə gələnə qədər mövcud olmuş Çin Respublikasının bayrağını və digər atributlarını saxlamaqdadır. Pekin isə Tayvanı Çin Xalq Respublikasının bölgələrindən biri hesab edir.

Hürr Tərcüman