Çin özünü Ukrayna münaqişəsinin qalibi görür
Ukraynada hərbi əməliyyatların sonuna hələ var, lakin ÇXR-in siyasi dairələrində vəziyyətdən ən azı bir ölkənin-Çinin qalib çıxacağına dair düşüncə yaranır. Çin ölkəni münaqişənin ən mənfi iqtisadi və diplomatik təsirlərindən təcrid etməyə və geosiyasi dəyişikliklərdən faydalanmağa imkan verəcək strategiyanın əsasını qoyub.
Hələlik Si Szinpin Vladimir Putini tənqid etməkdən yayınır və ümumilikdə Çin bu münaqişədən uzaqda durur. Çin hökuməti Rusiyaya qarşı beynəlxalq sanksiyaları pisləyib, lakin açıq şəkildə bildirib ki, Çin şirkətləri Qərbdəki iqtisadi maraqlarını qorumaq üçün onlara əməl edə bilərlər. Keçən həftə Si, digər Çin rəsmilərinin ABŞ və NATO-nu gözdən salmaq məqsədi daşıyan Rusiya dezinformasiya kampaniyasına yardım etməsinə baxmayaraq, münaqişənin həlli ilə bağlı danışıqlara kömək təklifi ilə Avropa liderlərinə müraciət etdi. Vaşinqtonun rəsmiləri isə iddia edirlər ki, işğaldan sonra Rusiya iqtisadi və hərbi yardım üçün Çinə müraciət edib. Vaşinqtondakı Stimson Mərkəzinin Çin Proqramının direktoru Yun Sun, Ukrayna münaqişəsində qədər Pekinin hərəkətlərini araşdıran Yun Sun bildirir ki, uzun müddətdə Rusiya Çindən başqa heç kimə müraciət edə bilməyəcək beynəlxalq ictimaiyyətdən qovulmuş obyektə çeviləcək.
Görünür oyunu "dağın zirvəsindən izləyən Pekin" kənarda pusquda durub sonda hiylə ilə qənimətə yiyələnən əsas qazanan ovçu olmağı gözləyir.
Ülviyyə, Hurriyyet.az