📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin prezidenti Si Cinpin ABŞ-ı əməkdaşlığı genişləndirməyə çağırıb

2022-10-27 13:48:00

Çin prezidenti Si Cinpin ABŞ-ı əməkdaşlığı genişləndirməyə çağırıb

Çin prezidenti Si Cinpin ABŞ-ı əməkdaşlığı genişləndirməyə çağırıb. Bu barədə Çin dövlət televiziyası Çin liderinin müraciətindən sitat gətirib.
Müraciətdə deyilir: "Dünyada sülhü təmin etmək üçün iki ölkə bir-biri ilə barışmaq yollar tapmalıdır. Bu gün dünya nə dinc, nə də sakitdir. ABŞ və Çin əməkdaşlığı təşviq etmək, beynəlxalq sabitliyə nail olmaq üçün birlikdə çalışmalıdırlar”.
Si Cinpinin sözlərinə görə, “dünya gücləri kimi Çin və ABŞ arasında kommunikasiya və əməkdaşlığın gücləndirilməsi qlobal sabitliyin artırılmasına və bütün dünyada sülh və inkişafı təşviq edəcək”.
Çin prezidenti qeyd edib ki, onun ölkəsi “yeni dövrdə iki ölkənin bir-biri ilə barışmasına imkan verəcək yolların axtarışında ABŞ-la qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq şəraitində əməkdaşlığa” hazırdır.
“Bu, təkcə ABŞ və Çinin deyil, bütün dünyanın xeyrinə olacaq”, - Si vurğulayıb.
ABŞ prezidenti Co Bayden də hərbi müşavirlərlə görüşü zamanı bildirib ki, Vaşinqton Pekinlə münaqişəyə can atmır və Si bunu bilir.

Ülviyyə, Hurriyyet.az