📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin prezidentindən ABŞ-a qarşı ittiham

2023-03-07 22:24:00

Çin prezidentindən ABŞ-a qarşı ittiham

Çin prezidenti Si Cinpin ABŞ-ın digər Qərb ölkələri ilə Çinin inkişafını boğmağa çalışdığını bildirib.

Hurriyyet.az Sinxua agentliyinə istinadən xəbərinə görə, Si Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin (CNC) 14-cü Baş Assambleyası çərçivəsində keçirilən paneldə ilk dəfə olaraq qlobal iqtisadi və geosiyasi rəqabətdə birbaşa ABŞ-ı günahlandıran ifadələrdən istifadə edib.

Çinin inkişafı ilə bağlı xarici şərtlərin sürətlə dəyişdiyini, qeyri-müəyyənlik və gözlənilməzliyin artdığını bildirən Si "Qərb ölkələri ABŞ-ın rəhbərliyi altında Çinə qarşı topdansatış məhdudlaşdırma və təzyiq siyasəti həyata keçirirlər. Bu, inkişafa unikal maneələr yaradır" - deyə bildirib.

Si ilk dəfə olaraq ABŞ və Qərb ölkələrini problemlərə görə məsuliyyət daşıdığını qeyd edərək, risklərin və çətinliklərin gələcəkdə artacağını və şiddətlənəcəyini gözlədiklərini vurğulayıb.\\Manşet.az