Çin, Qırğızıstan və Özbəkistan Rusiyadan yan keçən dəmir yolunun tikintisinə başlayıb
2024-12-29 14:35:41
Çin, Qırğızıstan və Özbəkistan Rusiyadan yan keçən dəmir yolunun tikintisinə başlayıb. Bu barədə “Tazabek” yazır.
Qırğızıstan Prezidenti Sadır Japarov layihəni Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışı açan “Avrasiya qitəsinin cənub körpüsü” adlandırıb.
Bildirilir ki, magistralın dəyəri 4,7 milyard dollar, layihə üzrə daşıma həcmi isə 15 milyon ton təşkil edəcək. Yeni marşrut Çindən Avropaya malların çatdırılma müddətini 7 gün azaldacaq.
Ülviyyə, Hurriyyet.az