📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin qırıcıları Tayvan ətrafında – ada rəhbərliyi gücünü səfərbər etdi

2023-07-26 14:42:00

Çin qırıcıları Tayvan ətrafında – ada rəhbərliyi gücünü səfərbər etdi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında 25 iyul saat 6.00 ilə 26 iyul saat 6.00 arasındakı zamanda Çin Xalq Qurtuluş Ordusuna məxsus 13 ədəd hərbi təyyarənin adanın ətrafında uçduğu, Pekinin fəaliyyətinin təqib edilməsi üçün qırıcıların, hərbi dəniz donanma gəmilərinin və raket sistemlərinin bölgəyə göndərildiyi bildirilib.

Məlumatı “Tayvan Nyus” nəşri yayıb.

Xəbərdə iyul ayı ərzində Çinin 406 hərbi təyyarəsini və 156 gəmisini Tayvan ətrafında patrulluğa göndərdiyi bildirilir.

Tayvan Çin Xalq Respublikasının qurulduğu 1949-cu ildən bəri de-fakto müstəqildir. Çinin materik hissəsi ilə Tayvan arasında daxili müharibədən sonra meydana gəlmiş ayrılma hələ davam edir.

Pekin “Vahid Çin” prinsipini vurğulayaraq, Tayvanın dünya ölkələri ilə müstəqil demokratik münasibətlər qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsil edilməsinə qarşı çıxır, Çini tanıyan ölkələrin Tayvan ilə diplomatik münasibətləri kəsməsini şərt olaraq irəli sürür.

Hürr Tərcüman