Çin Rusiyadan aldığı kömür və neftin pulunu yuanla verdi
Çin artıq Rusiyadan tədarük etdiyi kömür və nefti yuanla almağa başlayıb. Belə ki, bir neçə çinli kompaniyaları rus kömürünün pulunu yuanla ödəyiblər və kömürün birinci partiyası bu ay Çinə gətiriləcək. Bu barədə məlumatı "Bloomberg" Çinin "Fenwei Energy Information Service Co" konsaltinq kompaniyasının verdiyi xəbərə istinadla verir.
Tədarük edilən xammalın bu partiyası ABŞ ilə Avropanın Ukraynayla müharibəyə görə Rusiyaya qarşı sanksiyaları tətbiq etməsindən və rus banklarını SWIFT sistemindən ayırdığı vaxtdan bəri yuanla pulu ödənilən ilk partiyadır.
Rusiya Çinə ən böyük kömür tədarükçüləri arasında ikinci yerdədir. Rusiya neft ixracatçıları həmçinin çinli alıcılara tədarük haqqını yuanla ödəmək imkanı veriblər. "Bloomberg"in məlumatına görə, yuana alınan ESPO markalı neftin (ESPO) ilk partiyaları may ayında Çindəki müstəqil neft emalı zavodlarına çatdırılacaq.
Pekin uzun müddətdir ki, qlobal ticarətdə yuanın istifadəsini artırmağa çalışır və Rusiyaya qarşı sanksiyalar buna imkan verir.
“Bloomberg” özü hələlik ən azı qısamüddətli perspektivdə dollar üçün təhlükə görmür. Beynəlxalq Hesablaşmalar Bankının (BIS) məlumatına görə, bu gün beynəlxalq hesablaşmalarda dolların payı təxminən 88%-dir. Amma bu, hələlik belədir.
Ülviyyə, Hurriyyet.az