Çin Rusiyadan xeyli ucuz qiymətə qaz alaraq ehtiyat anbarlarını doldurmağa hazırlaşır
2022-04-04 17:20:00
Hurriyyet. az xəbər verir ki, Çin Rusiyadan böyük endirimlə maye qaz almağa hazırlaşır. Bu barədə açıqlamanı xəbərdar mənbəyə istinad edən “Blumberq” nəşri yayıb.
Nəşrin verdiyi məlumata görə, hazırda Çinin “Sinopec” və “PetroChina” adlı ən iri dövlət şirkətləri sıxılmış maye qazın böyük endirimlə alınması ilə bağlı Rusiya ilə danışıqlar aparırlar. Çin qiymətlərin mövsümi bahalaşması dövrünə qədər qaz anbarlarını ucuz qazla doldurmaq niyyətindədir.
Hürr Tərcüman