Çin: Rusiyanın bu addımı işğal deyil
2022-02-24 17:37:00
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlamasından sonra gərginliyin sürətlə artdığı bir vaxtda Rusiyanın yaxın müttəfiqi Çindən açıqlama gəlib.
Yenisabah.az xəbər verir ki, Çin bəyan edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı işğal sayılmır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying mətbuat konfransında “Rusiya işğalı” ifadəsini işlədən jurnalistlərə sərt münasibət bildirib.
Çinin Ukraynadakı rusiyapərəst qüvvələrə silah vermədiyini qeyd edən Hua, həmçinin Ukraynadakı Çin vətəndaşlarını evlərini tərk etməməyə və Çin bayrağı kimi ölkə simvollarını daşımamağa çağırıb.
Yenisabah.az