Çin Türkiyə üçün AES tikəcək
2024-05-29 11:51:29
Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, yaxın vaxtlarda Trakyada atom elektrik stansiyasının tikintisi ilə bağlı Çinlə razılaşmanı yekunlaşdırmağı planlaşdırır.
Bu barədə Bayraktar Çinin CGTN telekanalına müsahibəsində bildirib. O, "Bir neçə aydan sonra bu hökumətlərarası sazişi imzalayacağıq", deyə açıqlama verib.
P.S. Rusiya Türkiyənin ilk atom elektrik stansiyasını tikdi. Hamının xoşuna gəldi. Bəs ikincini niyə Çin tikəcək? Çünki bu yolla Türkiyə bu sahədəki biliklərini genişləndirə, dinc atomda həm Çin, həm də Rusiya texnologiyalarına baxıb, müqayisə edib, mənimsəyə biləcək.
Ülviyyə, Hurriyyet.az