📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin vətəndaşı Azərbaycanda faciəvi şəkildə öldü

2023-08-02 15:31:00

Çin vətəndaşı Azərbaycanda faciəvi şəkildə öldü

 

Qaradağda özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmın ehtiyatsızlıq nəticəsində həyatını itirib.

Rayon prokurorluğundan Hurriyyet.az-a verilən məlumata görə, Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.