📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin XİN – “NATO-nun var olmasının yeganə səbəbi müharibədir”

2022-03-25 17:03:00

Çin XİN – “NATO-nun var olmasının yeganə səbəbi müharibədir”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO-nun “Çin Rusiyanın müharibəsini dəstəkləməkdən vaz keçməlidir” açıqlamasına Pekin rəhbərliyindən sərt cavab gəlib. Çinin cavab bəyanatında deyilir: “NATO-nun var olmasının bir səbəbi var, o da müharibədir”.

NATO Çinə Rusiya ilə bağlı xəbərdarlıq eləmiş, “Rusiyaya yardımın kəsilməsini” tələb edən  ismarıc göndərmişdi.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Van Venbin NATO-nun Ukraynadakı böhranın əsas səbəbi ilə bağlı sualı alyansın özündən soruşmalı olduğunu söyləyərək deyib: “NATO-nun mövcud olmasının yeganə bir səbəbi var ki, bu da müharibədir. NATO heç bir zaman dünyanın sülh və təhlükəsizliyinə töfhə verməyib. Çin həmişə sülh tərəfdarı olub. NATO Rusiya ilə yeni bir soyuq müharibəyə başlamaq əvəzinə dialoq qurmalıdır”.

NATO-nun Liderlər Sammitindən sonra verilən açıqlamada Pekin hökuməti Rusiyaya dəstək olmamağa və Qərbin qoyduğu sanksiyaları pozmamağa çağırılıb.

Hürr Tərcüman