📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin XİN-dən Vaşinqtona xəbərdarlıq: Tayvan Çinin ayrılmaz hissəsidir və son nəticədə “Ana vətənin ağuşuna” qayıdacaq

2022-03-07 15:09:00

Çin XİN-dən Vaşinqtona xəbərdarlıq: Tayvan Çinin ayrılmaz hissəsidir və son nəticədə “Ana vətənin ağuşuna” qayıdacaq

Çinin xarici işlər naziri Van Yi deyib ki, Tayvan Çinin ayrılmaz hissəsidir və son nəticədə “Ana vətənin ağuşuna” qayıdacaq. Nazir bunu mətbuat konfransında açıqlayıb.
O xatırladıb ki, ABŞ-dakı bəzi qüvvələr Çini durdurmaq üçün Tayvanın müstəqilliyini dəstəkləyənləri təşviq edir və bununla da “bir Çin” prinsipinə meydan oxuyur.
“Çini cilovlamaq üçün Tayvandan istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur”, deyə "RİA Novosti" nazirin sözlərindən sitat gətirib.
Van həmçinin bildirib ki, Çin ABŞ-ın artan təzyiqləri fonunda milli suverenliyini qətiyyətlə müdafiə edəcək və bu məqsədlə bütün mümkün tədbirləri görməyə hazırdır. Bundan əvvəl isə fevral ayında Çin "Lockheed Martin" və "Raytheon Technologies"i hədəf alaraq Tayvana silah satışı ilə bağlı ABŞ-a qarşı əks tədbirlər görməyə qərar vermişdi.

Ülviyyə, Hurriyyet.az