Çin XİN sözcüsü ABŞ-ı qınadı: "ABŞ Putinin sözləri haqda dərindən düşünməlidir"
ABŞ hökuməti Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın Əfqanıstana müdaxiləsinin nəticələri ilə bağlı dedikləri haqqında "dərindən düşünməlidir". TASS xəbər verir ki, bu barədə Çin XİN-nin rəsmi nümayəndəsi Van Venbin açıqlama verib.
Diplomatın sözlərinə görə, ABŞ-ın sülhməramlı missiyası xaosa səbəb olub. "Rusiya prezidenti Vladimir Putinin mövqeyi ABŞ tərəfinin bu barədə düşünməsinə dəyər", - deyə agentlik XİN sözçüsünə istinadla bildirib.
Venbin hesab edir ki, Vaşinqtonun siyasəti Əfqanıstanda iflasa uğrayıb. O qeyd edir ki, heç bir dövlət onun inkişaf modelinin ən yaxşı model olduğunu iddia edə bilməz. "Müvafiq şüarlar altında bir dövlət digərlərini sıxışdıranda, biz yalan demokratiya ilə üzləşməyə məcbur oluruq", - diplomat sözlərini yekunlaşdırıb.
Ülviyyə Şükürova
Hurriyyet.az