Çin "xüsusi hərbi əməliyyat"a qərar verdi-Tayvanı Ukraynanın aqibəti gözləyir?
2022-06-14 14:38:00
Çin lideri Si Szinpin ölkənin silahlı qüvvələrinin “qeyri-hərbi” məqsədli istifadəsinə icazə verən direktivi imzalayıb.
Bu hərəkətlər Pekinin müharibə kimi təsnif edilməyən “xüsusi əməliyyat” adı altında Tayvan adasını işğal etməyə hazırlaşdığına dair qorxuları artırır. Pekin adanın onun ərazisinin bir hissəsi olduğunu israr edir.
Si tərəfindən imzalanan direktiv iyunun 15-dən qüvvəyə minir. "O, əsas prinsipləri, təşkilati və komandanlığı, əməliyyat növlərini, operativ təminatı və siyasi işi, həmçinin onların qoşunlar tərəfindən həyata keçirilməsini sistemli şəkildə tənzimləyir. O, hərbi əməliyyatların müharibəsiz aparılması üçün hüquqi əsas yaradır", deyə hesabatda bildirilir.
Ülviyyə, Hurriyyet.az