Çin yuanı Qırğızıstanın rəsmi valyutaları siyahısına əlavə edilib
2024-08-16 10:29:33
Çin yuanı Qırğızıstanın rəsmi valyutaları siyahısına əlavə edilib. Belə ki, Qırğızıstan Milli Bankı Çinin milli valyutasını (yuan) rəsmi məzənnənin müəyyən ediləcəyi valyutalar siyahısına daxil etmək qərarına gəlib. Bu qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. Beləliklə, yuan ölkənin beşinci rəsmi valyutası olacaq.
Qeyd olunur ki, belə bir qərarın qəbulu 2 əsas amillə - Qırğızıstan və Çin arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq valyuta bazarlarında yuanın əhəmiyyətinin artması ilə əlaqələndilir.
Lalə, Hurriyyet.az