📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cinayət törədənlərin orduya yolu açılır – Rusiyada müstəntiqlərə, prokurorlara yeni səlahiyyətlər verilir

2023-04-06 17:57:00

Cinayət törədənlərin orduya yolu açılır – Rusiyada müstəntiqlərə, prokurorlara yeni səlahiyyətlər verilir

Rusiya Dövlət Dumasına cinayət törədən şəxslərin Ukraynaya qarşı döyüşlərə göndərilməsini təmin edəcək yeni qanun layihəsinə baxıalacaq.

Hurriyyet.az xəbər verir ki, təqdim olunan layihədə prokurorlara və müstəntiqlərə təqsirləndirilən şəxslər “hərbi birləşmələrdə” xidmət etməyə hazır olarlarsa, kiçik və orta ağırlıqda olan cinayət işlərinin bağlanmasına icazə veriləcək.

Çelyabinsk vilayətinin Qanunvericilik Məclisinin təqdim etdiyi sənəd parlamentin məlumat bazasında yerləşdirilib.

Qanuna zərurətlə bağlı izahatda deyilir ki, Ukrayna ilə müharibə kontekstində Moskva artıq cinayət törətmiş vətəndaşları silahlı qüvvələrə cəlb edir.

“Beləliklə, dövlət vətəndaşın cəmiyyət və dövlət qarşısında təqsirini aradan qaldırmaq imkanını tanıyır”, - müəlliflər qeyd edirlər.

Cinayət Məcəlləsi “qəsdən və ehtiyatsızlıqdan törədilən əməlləri” ən çox üç ilədək azadlıqdan məhrum etmə cəzası verilən az ağır cinayətlər, orta ağırlıqda – maksimum beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan “qəsdən əməllər”, məsələn, quldurluq, hədə-qorxu ilə tələb etmə, adam öldürmə kimi tanınır. Bundan başqa ehtiraslı vəziyyətdə, azyaşlılara qarşı pozğun hərəkətlər və terror fəaliyyətinə çağırışlar da bu sıraya daxildir.

Noyabrda "Mühüm hekayələr" və "Nestka" nəşrləri Rusiya məhkəmələrinin Ukraynadakı müharibədə iştiraka və ya müharibədə iştirak etmək istəyini yüngülləşdirici hal kimi nəzərdən keçirməyə başladığını yazmışdılar.

2022-ci ilin martında Ukrayna Prezidenti Vladimir Zelenski də şübhəlilərin və orta ağır cinayətlərdə ittiham olunanların Rusiya ilə müharibədə iştirak etmək üçün orduya çağırılmasına icazə verən qanunu imzalayıb.

azpolitika.info