📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb - YENİLƏNİB

2023-12-19 12:10:02

Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb - YENİLƏNİB

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.

Hurriyyet.az xəbər verir ki, məlumatı yerli KİV yayıb.

****

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb, 250-dən çox insan yaralanıb.

Qeyd olunur ki, hazırda 20 nəfər itkin düşmüş hesab olunur.

Məlumatda həmçinin qeyd olunur ki, qeydə alınan 6,2 bal gücündə zəlzələ 5 minə yaxın evin dağılmasına səbəb olub.

***

Çinin Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastruktura ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb.

Qeyd olunur ki, hazırda mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları aparılır.

oxu.az