📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çində güclü zəlzələ oldu - Qonşu ölkələrdə də hiss edildi - VİDEO

2024-01-22 23:12:42

Çində güclü zəlzələ oldu - Qonşu ölkələrdə də hiss edildi - VİDEO

Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Hurriyyet.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub.

Daşkəndin özündə isə 3 bal olub.

Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olunub.