📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çində qətllər törədən cinayətkar qrupun 11 üzvünün ölüm hökmü icra olundu

2026-01-29 13:18:13

Çində qətllər törədən cinayətkar qrupun 11 üzvünün ölüm hökmü icra olundu

Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində cinayətkar qruplaşmanın 11 üzvünün ölüm hökmü icra edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata görə, həmin məhkumlar qətllərdə, fırıldaqçılıqda və narkotik qaçaqmalçılığında təqsirli biliniblər. Hökm Ali Xalq Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib və onun icrası üçün əmr verib. İşlərin təfərrüatı və məhkumların şəxsiyyəti açıqlanmayıb.

Hökmün icra üsulu haqqında da məlumat verilməyib.