Çində sürüşmə: 10 ölü, 4 itkin
2022-01-04 11:30:00
Çinin Quyçjou vilayətində sürüşmə baş verib.
Hurriyyet.az xəbər verir ki, nəticədə 10 nəfər ölüb, 4 nəfər isə itkin düşüb.
Hadisə tikinti işləri aparılan zaman yaşanıb.
Xilasetmə işlərinə mindən çox insan cəlb edilib.
Qeyd edək ki, itkin düşmüş şəxslərin axtarışları davam etdirilir.