📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Çində ucadan yaponca danışmayın!”

2023-08-28 11:42:55

“Çində ucadan yaponca danışmayın!”

Hürriyyet.az xəbər verir ki, Yaponiyanın Xarici İşlər Nazirliyi Çində yaşayan ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Səbəb “Fukusima-1” Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının okeana axıdılması üzündən Pekin ilə münasibətlərin gərginləşməsi, Çində Yaponiyaya qarşı etiraz aksiyaları keçirilməsidir.

Bu barədə məlumatı “Blumberq” (“Bloomberg”) nəşri yayıb.

Yaponiya XİN-in açıqlamasında bildirilir ki, Çində yaşayan və yaxud səfərdə olan vətəndaşlar ucadan yaponca danışmasınlar, səfirliyə və ya konsulluğa gedərkən ətrafdakıların diqqətini cəlb eləməkdən çəkinsinlər.

Nazirliyin çağırışında AES-in tullantılarının suya axıdılması ilə əlaqədar keçiriən bütün etiraz nümayişlərindən kənar durmaq, belə tədbirlərdə fotoşəkil çəkdirməmək tövsiyə edilib.

Hürr Tərcüman