Çində zəlzələ qurbanlarının sayı artıb
2023-12-19 08:45:56
Hurriyyet.az xəbər verir ki, Çinin şimal-qərbindəki Qansu və Sinxay əyalətlərində dünən baş vermiş güclü zəlzələnin qurbanlarının sayının 116 nəfərə çatdığı bildirilir. 320 nəfərdən artıq yaralı var. Məlumatı Çinin Mərkəzi Televiziyası verib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6 bal gücündə olub. Zəlzələnin mərkəzi ocağının Çinin Lançjou şəhərindən 102 km cənub-qərbdə, 35 km dərinlikdə olduğu bildirilir.
Hürr Tərcüman