📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çindən ABŞ-la bağlı xəbərdarlıq: Səyahət risklidir...

2025-04-09 21:19:06

Çindən ABŞ-la bağlı xəbərdarlıq: Səyahət risklidir...

Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-a səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib.

Nazirlik çinli turistlərə ABŞ-da səyahət zamanı diqqətli olmağı tövsiyə edib.

Çinin Təhsil Nazirliyi isə ABŞ-ın Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan "Ali təhsil haqqında" qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib. Qurumun bəyanatında ABŞ-ın bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib. \\Axar.Az