📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çindən Blinkenə rədd cavabı – İki nəhəngi üz-üzə qoyan şar məsələsi

2023-04-15 10:18:00

Çindən Blinkenə rədd cavabı – İki nəhəngi üz-üzə qoyan şar məsələsi

Hurriyyet.az xəbər verir ki,  Çin ABŞ-ın dövlət katibi Entoni Blinkenin respublikaya səfər eləməsinə icazə verməyib. Bu xəbəri “Faynenşl Tayms” qəzeti mənbələrə istinadla verib. Mənbələrin məlumatına görə, Pekin Vaşinqtona səfər üçün yeni tarix seçməyə hazır olmadığını bildirib. Bəlli olduğu kimi, ABŞ diplomatiyasının rəhbəri fevral ayında həyata keçirilməsi nəzərdə tutulan səfəri təxirə salmışdı.

Mənbələrin iddiasına görə, Pekin ABŞ administrasiyasının Çin aerostatının vurulması insidenti ilə bağlı araşdırmasının nəticələri aydınlaşana qədər səfərin təxirə salınmasının tərəfdarıdır.

Qəzetin yazdığına görə, Çin məmurları, dövlət katibinin ölkəyə səfəri zamanı FTB-nin hesabatını dəlillərlə birlikdə bəyan edəcəyindən ehtiyat edirlər.

Mənbələr qeyd edirlər ki, Çin XİN rəhbəri Çin Qan mart ayında Pekində keçirilən “Çinin inkişafı” forumunda amerikalılarla görüşü zamanı bu məsələni qaldırıb.

Hürr Tərcüman