📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir

2023-01-04 23:29:00

Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir

Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar.

Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar.

Ölkədə dəfn sistemi iflic vəziyyətə düşüb. Lunxua krematoriyalarından birinin nümayəndəsi hər gün 500-dən çox cəsədin qəbul edildiyini xəbər verib.

Qeyd edək ki, ölkədə sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma halları kəskin artıb.

Pekin artıq koronavirusla bağlı gündəlik statistik məlumatların dərcini dayandırıb.\\Oxu.az