📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çindən önəmli addım: Şanxay Əməkdaşlıq Təşkilatı ilə KTMT hərbi strukturları arasında əməkdaşlıq gündəmə gəlir

2022-02-11 12:27:00

Çindən önəmli addım: Şanxay Əməkdaşlıq Təşkilatı ilə KTMT hərbi strukturları arasında əməkdaşlıq gündəmə gəlir

Şanxay Əməkdaşlıq Təşkilatının (RATS ŞƏT) Regional Antiterror Strukturu ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsi regionda sabitliyin təmin olunmasına töhfə verəcək. TASS xəbər verir ki, bu barədə cümə axşamı Çin XİN-nin rəsmi nümayəndəsinin paylaşdığı bəyanatda deyilir.
"ŞƏT və KTMT regional təhlükəsizliyin və sabitliyin qorunub saxlanmasında mühüm konstruktiv qüvvələrdir. ŞƏT-in Regional Antiterror Strukturu (RATS) və KTMT Katibliyi əvvəllər imzalanmış əməkdaşlıq sənədlərinə əsaslanaraq, təmasları və qarşılıqlı fəaliyyəti gücləndirməyə davam edəcək və regionda uzunmüddətli sabitliyin təşviqində daha çox təhfə verərək ümumi mənafe üçün bərabər şərait yaradacaq”, deyə sənəddə qeyd olunur.
"Hazırda ŞƏT regionunda vəziyyət mürəkkəbdir və dəyişməyə doğru gedir. ŞƏT RATS-in gücləndirilməsi təşkilata üzv ölkələrin çağırışlara, təhdidlərə birgə cavab verməsi və regionda təhlükəsizlik və sabitliyin qorunması üçün vacibdir", deyə Çin XİN-in bəyanatında bildirilir. Sənəddə qeyd olunur ki, çağırış və təhdidlərə qarşı mübarizə üzrə müvafiq qərar ŞƏT-in 2021-ci ilin sentyabrında keçirilən sammitində qəbul edilib.
XİN əlavə edib ki, “Çin dövlət başçılarının konsensusunun həyata keçirilməsi, effektiv tədbirlərin görülməsi və təhlükəsizlik sahəsində hər cür çağırış və təhdidlərə lazımi cavab verilməsi üçün bütün tərəflərin səylərinin intensivləşdirilməsini dəstəkləyir”.

Ülviyyə, Hurriyyet.az