📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çindən Rusiyaya gözlənilməz zərbə - Danışıqlar dayandırıldı

2022-03-25 23:49:00

Çindən Rusiyaya gözlənilməz zərbə - Danışıqlar dayandırıldı

Çinin dövlət enerji şirkəti “Sinopec” Rusiyada planlaşdırdığı neft-kimya və təbii qaz investisiya danışıqlarını gözlənilmədən dayandırıb.

Çin dövlətinə məxsus dünyanın ən böyük təbii qaz, neft emalı zavodu və neft-kimya şirkətlərindən biri olan “Sinopec Group” Rusiyada neft-kimya və təbii qaz zavodunun investisiyası ilə bağlı danışıqları dayandırıb.

Rusiyanın ən mühüm diplomatik tərəfdaşı olan Çinin sərmayəni dayandırma qərarının Qərb ölkələrinin gözlənilmədən ağır sanksiyalar elan etməsindən sonra alındığı bildirilib.

Şirkətin bir müddətdir 500 milyon dollar sərmayə qoymağı planlaşdırdığı və “Sibur” şirkəti ilə mövzu ilə bağlı danışıqlar apardığı məlum idi. 

Ukrayna müharibəsindən sonra Çin Xarici İşlər Nazirliyi ölkənin 3 nəhəng enerji şirkətinin rəsmilərinə sərmayələrini nəzərdən keçirmələri barədə xəbərdarlıq edib və sanksiyaya məruz qalan adlardan Gennadi Timçenkonun “Sibur”da azlıq payına sahib olduğu üzə çıxdıqdan sonra investisiya qərarını dayandırıb. \\Manşet.az