📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çingiz Abdullayeva ünvanlanan sual əvvəlcə Anara verilibmiş - Onun cavabı da belə olub / VİDEO

2022-10-26 23:06:00

Çingiz Abdullayeva ünvanlanan sual əvvəlcə Anara verilibmiş - Onun cavabı da belə olub / VİDEO

Xəbər verdiyimiz kimi, bu gün AYB-nin XIII qurultayında Çingiz Abdullayev jurnalistin qurultaya ayrılan vəsaiti ilə bağlı sualına kəskin reaksiya göstərib.

Əvvəlcə bu sual AYB-nin sədri Anar Rzayevə ünvanlanıb. Anar da cavabında maliyyə məsələlərinə Çingiz Abdullayevin baxdığını deyib.

Çingiz Abdullayev də jurnalistin sualına cavabında "Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Bu sözü məndən soruşmağa utanmırsınız?"Gəlib neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu... İçəri girəndə posterlərə baxmamısız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?" cavabını verib. İzləyicilər Çingiz Abdullayevin Xalq yazıçısı kimi belə fikirlər səsləndirməsinə olduqca kəskin reaksiyalar göstəriblər. Həmçinin Çingiz Abdullayeyin ana dilimizdə səlis danışmamağı da izləyiclərin tənqidləri içərisində yer alıb.

 

Metbuat.Az