📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çinin 40-a yaxın qırıcısı Tayvanın hava məkanına daxil oldu

2021-10-02 13:06:00

Çinin 40-a yaxın qırıcısı Tayvanın hava məkanına daxil oldu

Hurriyyet.az BBC kanalına istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi dünən Çinin Hava Qüvvələrinin 38 hərbi təyyarəsinin (25-nin gündüz vaxtı, 13-nün isə axşam saatlarında) öz hava məkanına daxil olduğunu bildirib. 

Tayvan hökuməri Çinin regionda sülhə zərər verərək, qəsdən hərbi təcavüz cəhdi elədiyini, həmçinin ilk dəfə bu qədər böyük miqyaslı sərhəd pozuntusu həyata keçirdiyini vurğulayıb.

Çin iyunun 15-də 28 ədəd, sentyabrın 5-də 19, sentyabrın 16-da 9, sentyabrın 23-də 24 qırıcı ilə Tayvanın hava məkanı sərhədini pozub.

Hürr Tərcüman