📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çinin Müdafiə naziri Belarusun hərbi obyektlərində olacaq

2023-08-16 10:44:00

Çinin Müdafiə naziri Belarusun hərbi obyektlərində olacaq

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Müdafiə naziri Li Şanfu Belarusa səfəri zamanı respublikanın Silahlı Qüvvələrinin bir sıra obyektlərinə getməyi planlaşdırır. Bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyinin mətbuat xidməti verib.

Açıqlamada deyilir: “Avqustun 16-dan 18-nə qədər ÇİN Xalq Respublikasının Müdafiə naziri, Mərkəzi Hərbi Şurasının, Dövlət Şurasının üzvü, general-polkovnik Li Şanfunun Belarus Respublikasına rəsmi səfəri baş tutacaq. Səfər zamanı Belarusun Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirmək, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli hərbi əməkdaşlığın aktual məsələlərini müzakirə eləmək planlaşdırılıb. Həmçinin, Çin MN başçısı Belarus Respublikasındakı bir sıra hərbi obyektlərdə olması nəzərdə tutulub”.

Xəbər verdiyimiz kimi, Belarusla həmsərhəd olan Latviya və Polşa dövlətləri bu ölkədən gələn təhdidlər fonunda öz sərhədlərini möhkəmləndirməyə çalışırlar.

Hürr Tərcüman