Çinin müdafiə naziri Lukaşenko ilə görüşdən sonra yoxa çıxıb
Hurriyyet.az xəbər verir ki, Çinin müdafiə naziri Li Şanfu vəzifəsindən azad edilib və onunla bağlı istintaq işi başladılıb. “Faynenşl Tayms” (“Financial Times”) nəşrinə məlumat verən mənbə ABŞ kəşfiyyatının bu nəticəyə gəldiyini bildirib.
Nəşriyyatın qeyd elədiyinə görə, artıq iki həftədən artıqdır ki, Li Şanfu ictimaiyyət arasında görünməyib. O, Vyetnam ilə Çin arasında hərbi əməkdaşlıqla bağlı 7-8 sentyabr tarixlərində keçirilən illik iclasda da iştirak etməyib – tədbirə iki gün qalmış “səhhəti ilə əlaqədar” səfərdən imtina edib.
Li Şanfu 2023-cü il martın 12-də müdafiə naziri postunu tutub. Avqustun 16-da Belarusa rəsmi səfərə gedib. “Minsk” aeroportunda onu Belarusun müdafiə naziri Viktor Xrenin qarşılayıb. Ertəsi günü Li Şanfu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Hürr Tərcüman