Çinin rəqibi Hindistan da Transxəzər beynəlxalq nəqliyyat marşrutuna maraq göstərir
Qazaxıstan prezidenti 13 dekabr tarixində Kasım-Jomart Tokayev hindli milyarder Qautam Adani ilə gröüşüb və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun perspektivləri barədə danışıb.
Hind milyarder, “Adani Group”un prezidenti Qautam Adani ilə görüşdə uzunmüddətli və strateji əhəmiyyətli investisiya layihələrini müzakirə edilib.
Prezident qeyd edib ki, Qazaxıstan nəqliyyat marşrutlarının şaxələndirilməsi üzərində işləyir və TİTR-ni fəal şəkildə inkişaf etdirir.
"Adani Group" Qazaxıstanla enerji, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlıqda maraqlıdır.
Göründüyü kimi, rəqibi Çinlə yanaşı Hindistan da Qazaxıstanın iştirak etdiyi və mühüm rol oynadı layihələrdə maraqlıdır. Bu isə o anlama gələ bilər ki, Çinlə Hindistanın rəqabəti Mərkəzi Asiyaya yansıyacaq.
Ülviyyə, Hurriyyet.az