Çinin təmsilçisi Zelenski ilə görüşdü: “Böhranlardan sağaldan dərman...”
2023-05-18 12:14:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 17-də Çinin Avrasiya işləri üzrə xüsusi nümayəndəsi Li Huey ilə görüşüb.
Çin XİN-in yazılı açıqlamasına görə Huey Zelenksi ilə görüşündən sonra deyib: “Böhrandan sağaldan dərman yoxdur”.
Onun sözlərinə görə, müharibənin dayandırılması üçün hər iki tərəfin etibarını möhkəmləndirməsi və atəşkəs və sülh danışıqları üçün şəraitin yaradılması lazımdır.
Li qeyd edib ki, Çin “öz imkanları daxilində” Ukraynaya kömək edəcək. Qeyd edək ki. Li Huey Çinin Rusiyadakı səfiri olub.
Hürr Tərcüman