📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çinin Ukrayna konflikti ilə bağlı sülh planı... - Putin

2023-03-21 21:35:00

Çinin Ukrayna konflikti ilə bağlı sülh planı... - Putin

Çinin Ukrayna ilə bağlı sülh planının bir çox bəndləri, Qərb və Kiyev hazır olduqda, nizamlanma üçün əsas götürülə bilər.

Hurriyyet.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Szinpin ilə Kremldəki danışıqların yekununda deyib.

“Əlbəttə, biz Ukrayna ətrafındakı vəziyyəti də nəzərdən qaçırmamışıq. Hesab edirik ki, Çinin qeyd etdiyi sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür. Bu müddəalar Qərb və Kiyev hazır olduqda sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Lakin hələlik biz onlar tərəfdə belə bir hazırlıq görmürük”, - o bildirib. \\Axar.Az