Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edib
2024-05-20 19:01:19
Çinin xarici işlər naziri Vanq Yi mayın 18-20-də Qazaxıstan və Tacikistanda səfərdə olub.
O, prezidentlər Tokayev və Rəhmon, həmçinin tacikistan və qazaxıstanlı həmkarları ilə görüşlər keçirib. Cari regional və beynəlxalq məsələlər, o cümlədən beynəlxalq və regional təşkilatlar, xüsusilə ŞƏT, BMT, o cümlədən “Mərkəzi Asiya+Çin” formatı çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Mayın 20-21-də Vanq Yi Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin nazirlər toplantısında iştirak edəcək.
Ülviyyə, Hurriyyet.az