Çinin xüsusi nümayəndəsi Kiyevə və Moskvaya səfər edəcək
2023-05-12 15:43:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Çinin Avrasiya məsələləri üzrə cüsusi nümayəndəsi Li Huey “sülh danışıqlarına töhfə vermək üçün” gələn həftə Ukraynada olacaq. Bu barədə məlumatı Çin XİN yayıb.
Xüsusi nümayəndəsinin səfəri mayın 15-də başlayır. Huey Ukrayna, Polşa, Fransa, Almaniya və Rusiyada olacaq.
Xatırladaq ki, aprelin 26-da Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon söhbəti zamanı Cinpin Ukrayna böhranının nizamlanması üçün xüsusi nümayəndəsi Li Hueyi səfərə göndərəcəyini bildirmişdi.
Hürr Tərcüman