Çinli investorlar Rusiyada zavodlar açmağa hazırlaşırlar-İqtisadi əməkdaşlıq yoxsa sürünən iqtisadi ekspansiya?
Çinli investorlar Rusiyada müəssisələr açmağa hazırlaşırlar. Bu barədə rus KİV-ləri xəbər verir.Moskva vilayətinin hakimiyyət orqanları artıq Çin tərəfi ilə müvafiq danışıqlar aparır.
Bu nəyə gətirəcək? Bir tərəfdən bütün yeni açılacaq zavodlar Rusiyada sanksiyaların tətbiqindən sonra yaranmış mövcud kəsirləri ödəyəcək. Bundan əlavə, müəssisələrin lokallaşdırılması istehsal olunan məhsulların son maya dəyərini aşağı salmalıdır, çünki nəqliyyat xərcləri azalır.
Ancaq digər tərəfdən, “Çin fabrikləri ilə çinli işçilər gəlir” deyimi də var. Yəni Rusiyada Çin müəssisələri açılandan sonra orada çinlilərin də işləməsi ehtimalı yüksəkdir. Belə bir ssenari baş verərsə, Rusiya yeni etnik münaqişələrlə üzləşə bilər ki, rəsmi Kremlin də bu tendensiyaya qarşı çıxması elə də asan olmayacaq. Xüsusilə bütün dünyadan Rusiyaya qarşı yönəlmiş sanksiyalar şəraitində. Çinli işçilərin miqrasiya yöntəminə çevrilməsinə və qeyri-sabitlik amilinə çevrilməsi heç də təhlükəsilik vəd etmir. 2019-cu ildə Qazaxıstanın Almatı vilayətində qazaxlarla çinli işçilər arasında kütləvi dava baş vermişdi. Nəticədə 42 Çin vətəndaşı deportasiya edilmişdi.
Hələ bu hadisədən əvvəl də Qazaxıstan ölkədə Çin fabriklərinin tikintisinə qarşı etiraz dalğası ilə üzləşmişdi.
Ona görə də, ideal olaraq, çinli investorlar Rusiyada müəssisələr açsalar da Çinin ekspansiyanı hərbisilahlı metodlara əl atmadan iqtisadi metodlarla həyata keçirdiyini nəzərə alsaq bu ölkənin Rusiyada iqtisadi möhkəmlənməsi müsbət perspektiv vəd etmir, əksinə "sürünən ekspansiya" vəd edir.
Ülviyyə, Hurriyyet.az