Çinli mütəxəssislər koronavirusun yaranmasından danışdı YENİ VERSİYA
2021-08-31 09:53:00
“Koronavirus infeksiyasının xaricdən Uhana dondurulmuş yemək paketləri ilə gətirilməsi mümkündür”. RİA Novostinin verdiyi məlumata görə, Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin mütəxəssisləri bu qənaətə gəliblər.
Mərkəzin sözçüsü Ma Huilainin sözlərinə görə, epidemioloji araşdırmalar zamanı məlum olub ki, virus Çinə digər ölkələrdən və ya bölgələrdən buzlaşdırılmış şəkildə nəql olunub.