📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cinpin: “Çin müharibəyə hazırlaşır”

2023-03-30 16:22:00

Cinpin: “Çin müharibəyə hazırlaşır”

Hurriyyet.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Çini müharibəyə hazırlaşdırdığını bəyan edib. Onun sözlərinə görə, “dünya bunu ciddi qəbul eləməlidir”. Bu barədə “Foreign Affairs” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Çin lideri bu sözləri ölkə parlamentinin illik iclası zamanı söyləyib.

Çin hökumətinin ölkənin müdafiə büdcəsinin 7,2% artırdığı da bəyan edilib. Son onillik ərzində büdcə ikiqat artıb. Həmçinin, ölkənin taxıl idxalından asılılığını azaltmaq üçün planlar qurulur.

Bundan əlavə, son aylarda Pekin hərbi hazırlıq barəsində yeni qanunlar qəbul edib. Həmçinin, şəhərlərdə və Tayvan boğazının sahilində yeni bombardman sığınacaqlarının tikintisi aparılır, bütün ölkə boyunca yeni “Milli Müdafiə Səfərbərliyi” ofisləri yaradılıb.

Hürr Tərcüman