Cinpin Tatarıstana səfər edəcək
2024-10-18 11:46:47
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin RF Prezidenti Vladimir Putinin səvəti ilə 22-24 oktyabr tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edəcək. Bəlli olduğu kimi, həmin tarixdə Kazan şəhərində BRİKS sammiti keçirilir. Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin həmin tədbirdə iştirak edəcək.
Hürr Tərcüman