📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÇL: "Qarabağ" böyük hesabla məğlub olub

2024-08-21 11:23:06

ÇL:

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo Zaqreb” komandası ilə “Qarabağ” üz-üzə gəlib.

Hurriyyet.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri “Qarabağ”dan üstün olublar – 3:0.

Qarşılaşmanın 29-cu dəqiqəsində Marko Pyatsa hesabı açıb.

75-ci dəqiqədə Sandro Kulenoviç fərqi bir qədər də artırıb.

5 dəqiqə sonra isə Kulenoviç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

APA