📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

CNN-dən İDDİA: İran ABŞ-ın növbəti dəfə nüvə anlaşmasından çıxacağı halda təzminat alacağına zəmanət istəyir

2022-08-17 12:23:00

CNN-dən İDDİA: İran ABŞ-ın növbəti dəfə nüvə anlaşmasından çıxacağı halda təzminat alacağına zəmanət istəyir

Avqustun 16-da CNN telekanalı bölgədəki diplomatik mənbəyə istinadən bildirib ki, İran nüvə razılaşmasının dirçəldilməsi sövdələşməsinin yekun mətninə son reaksiyasında ABŞ-ın növbəti prezidentinin bu sövdələşmədən çıxacağı təqdirdə təzminat alacağına dair təminat tələb edib. 

Başqa sözlə, İran təminat almaq istəyir ki, əgər ABŞ bir daha nüvə sözdələşməsindən birtərəfli şəkildə çıxarsa Tehran bundan təzminat alsın. Yəni Tehran bu dəfə özünü sığortalamaq istəyir.
Nüvə danışıqlarındakı “son proseslərdən” xəbərdar olan region ölkələrinin yüksək səviyyəli diplomatı “CNN” xəbər kanalına deyib: “İranı narahat edən əsas məsələlərdən biri də Donald Trampın 2018-ci ilin mayında verdiyi qərar kimi, ABŞ hökumətinin nüvə anlaşmasından yenidən çıxması və İrana qarşı sərt sanksiyaların bərpası ehtimalıdır”.

Ülviyyə, Hurriyyet.az