📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

CNN Türk: "Rusiya Türkiyədən kömək istəyib"

2024-12-09 10:02:31

CNN Türk:

Hurriyyet.az xəbər verir ki, CNN Türk kanalının mənbələrə istinadla yaydığı məlumata görə, Rusiya Federasiyası öz hərbi kontingentini Suriya ərazisindən çıxarmaq üçün Türkiyədən yardım istəyib. Kanalın verdiyi xəbərə görə, yalnız Tartus hərbi dəniz bazası ilə Hmeymim aerobazasındakı qüvvələr istisna olacaqlar. Lakin hazırda Moskva öz hərbi hissələrinin təhlükəsiz çıxarılması üçün Ankaranın yardımına ümid edir. 
Xəbərdə deyilir: "Görünür, bu qüvvələr Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə köçürüləcək, ardından hava yolu ilə Rusiyaya göndəriləcəklər. Rusiya öz qüvvələrini təhlükəsiz şəkildə çıxarmaq üçün belə bir yardım edilməsini istəyib".
Hürr Tərcüman