📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

CNN: Ukrayna Rusiyada PUA ilə silahlanmış şəbəkə yaradıb

2023-06-05 16:51:00

CNN: Ukrayna Rusiyada PUA ilə silahlanmış şəbəkə yaradıb

Hurriyyet.az xəbər verir ki, CNN kanalının yazdığına görə, Ukrayna Rusiyanın daxilində fəaliyyət göstərməsi üçün agentlər hazırlayıb və onları dronlarla təmin edib.

Kanalın saytında dərc edilən məlumatda deyilir: “ABŞ-ın rəsmi şəxsləri hesab edirlər ki, Ukrayna Rusiyada diversiya hücrələri yaradıb”. Amerika məmurları onu da qeyd ediblər ki, həmin qüvvələrə Vaşinqtonun Kiyevə verdiyi pilotsuz uçuş aparatları yox, Ukraynanın yerli istehsalı olan dronlar verilib.

Mənbələrin iddiasına görə, Ukrayna dronları, yaxud da sonradan birləşdirilməsi üçün onların ehtiyat hissələrini gizli yollarla Rusiyaya göndərir. Lakin ABŞ rəsmilərin həmin dronların Rusiyaya necə aparıldığını dəqiq qeyd edə bilməyiblər.

Avropa kəşfiyyatının təmsilçisi isə Rusiya-Ukrayna sərhədinin böyük olduğunu və ona nəzarət etməyin çox çətin və buna görə də qaçaqmal keçirmək üçün əlverişli olduğunu deyib. Onun sözlərinə görə, ukraynalılar əvvəllər də bu işlərlə məşğul olublar.

Hürr Tərcüman