📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

CNN Xarkovu "rus şəhəri" adlandırıb...Twitter və Telegram sosial şəbəkələrində qaynar müzakirə

2022-01-26 09:53:00

CNN Xarkovu

Sosial şəbəkədə daha bir “qalmaqal” peyda olub, Amerikanın CNN telekanalı Xarkovu “Rusiya şəhəri” adlandırıb. Zelenskinin Rusiyanın bu şəhərə hücum edə biləcəyi ilə bağlı sözləri fonunda bu “səhv anlaşılma” çox təhqiramiz görünür. Haqqında söhbət gedən CNN-nin səhvinin həkk olunduğu video  “Twitter”də yayılıb.

Rusiya mediası və Telegram kanalları dünən, yanvarın 25-də gecə saatlarında “qalmaqallı” videonu yaymağa başlayıb. Bildirilib ki, “CNN” xəbərlərdə Ukrayna və Rusiyanın işğalı ilə bağlı süjet nümayiş etdirib. Süjetdə söhbət rus hərbçilərinin təlimlərinin keçirildiyi yerdən gedir və bu anda ekranda qəribə yazı peyda olub: “Xarkov, Rusiya”. Bundan sonra “CNN”nin xəbər aparıcısı Kristian Amanpurla NATO-nun baş katibi Yens Stoltenberqin söhbəti göstərilib. Aparıcının “Twitter”ində artıq Ukrayna ilə bağlı süjetdən üç video yerləşdirlib, orada Stoltenberqin çıxışı göstərilib, lakin orada “qalmaqal” yoxdur. Ola bilsin ki, “CNN” qalmaqalına saxta səbəb olub, çünki sözdə səhvin olduğu video Rusiya mediasından başqa heç yerdə görünməyib.

Ülviyyə, Hurriyyet.az