CNN: Zelenski ABŞ-a uçur
2022-12-21 10:24:00
ABŞ-ın CNN kanalı anonim iki mənbəyə istinadən xəbər verir ki, Vladimir Zelenski artıq ABŞ-a uçur.
CNN-in məlumatına görə, bu gözlənilməz səfər zamanı Zelenski prezident Baydenlə görüşəcək və Konqresin hər iki palatasında çıxış edəcək.
Hələlik nə Ukrayna, nə də Amerika tərəfdən rəsmi təsdiq yoxdur.
Ülviyyə, Hurriyyet.az