📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Co Bayden Netnayahunu Həmas liderinin öldürülməsinə görə təbrik etdi

2024-10-18 09:56:43

Co Bayden Netnayahunu Həmas liderinin öldürülməsinə görə təbrik etdi

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu Həmas lideri Yəhya Sinvarın öldürülməsi münasibətilə təbrik edib. Bu barədə “The Times of Israel” məlumat yayıb.

Hər iki lider razılaşıb ki, indi girov razılaşmasına çatmaq üçün fürsət var və buna nail olmaq üçün birlikdə çalışacaqlar.

İsrailin xarici işlər naziri Eli Koen cümə axşamı, oktyabrın 17-də Qəzza zolağında keçirilən əməliyyatlardan birindən sonra HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib.

Ülviyyə, Hurriyyet.az