Co Baydendən etiraf: Ukraynadakı olaylar dünyada qıtlığa gətirəcək
Ukrayna hadisələri və ondan sonrakı sanksiyalar hər yerdə, o cümlədən Avropa və ABŞ-da ərzaq problemlərinə səbəb olacaq. Bunu ABŞ prezidenti Cozef Bayden Brüsseldə keçirilən "G7" sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Qida çatışmazlığına gəlincə, bu barədə danışdıq. Bu realdır. Sanksiyalar təkcə Rusiyanın deyil, bir çox başqa ölkələrə, o cümlədən Avropa ölkələrinin və bizim ölkəmizə də baha başa gəlir... Məsələn bugdadan danışsaq, Rusiya və Ukrayna Avropanın çörək səbətləri idi. Biz bu məsələni G7 formatında uzun müddət müzakirə etdik. ABŞ buğda istehsalına görə üçüncü ölkədir, Kanada da əsas buğda istehsalçısıdır. Ərzaq qıtlığının qarşısını almaq üçün ərzaqları daha tez artırıb paylamaq barədə danışdıq. Biz həmçinin Avropa və bütün digər ölkələri ərzaq ixracına qoyulan maneələri aradan qaldırmağa çağırmaq barədə danışdıq", deyə TASS Baydenin sözlərini sitat gətirir.
Öz növbəsində Fransa prezidenti Emmanuel Makron da mətbuat konfransında Ukrayna hadisələri ilə bağlı “görünməmiş” ərzaq böhranının mümkünlüyündən danışıb. O, xüsusilə Məqrib, Afrika və Yaxın Şərq ölkələrinin bu baxımdan zəifliyini qeyd edib.
"Biz indi görünməmiş ərzaq böhranına giririk" Makron deyib. O xatırladıb ki, “Rusiya və Ukrayna ən böyük kənd təsərrüfatı istehsalçılarıdır”. Eyni zamanda, Makronun dediyi kimi, Fransa şirkətlərinin Rusiya Federasiyasının ərazisində qalıb-qalmamaq istədiklərini özləri qərar vermək hüququ var.
Ülviyyə, Hurriyyet.az